DÜNYA


AYİB-in proqnozlarına görə bu il Baltikyanı bölgədə ən sürətli artım Latviyada olacaq

Riqa, 3 noyabr, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Latviyanın iqtisadi artım proqnozunu yüksəldib. Bank hesab edir ki, cari ildə Baltikyanı bölgədə ən sürətli artım Latviyada olacaq.

AZƏRTAC AYİB-in proqnozlarına istinadla xəbər verir ki, bu il Latviyanın ümumi daxili məhsulu 3,9 faiz artacaq. Bu, AYİB-in may ayında elan edilmiş proqnozu ilə müqayisədə 0,4 faiz bəndi qədər çoxdur.

2019-cu ildə Latviyada ÜDM-in 3,5 faiz artacağı gözlənilir.

AYİB-in proqnozlarına görə, 2018-ci və 2019-cu illərdə Mərkəzi Avropada və Baltikyanı ölkələrdə artım, müvafiq surətdə orta hesabla 4,3 faiz və 3,5 faiz olacaq. İxtisaslı işçi qüvvəsinin çatışmamasının və dünyada ticarətin ləng artımının mənfi təsiri ev təsərrüfatlarının dinamik istehlakı və özəl investisiyalar hesabına kompensasiya edilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.