AYNA regionlarda “Buraxılış vəsiqəsi”nin alınması üçün sürücülərə məlumat verib
AzerTAg.az

Bakı, 27 mart, AZƏRTAC
Novruz bayramı ərəfəsində və bayram günlərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) regional idarələrinin əməkdaşları regionlarda yük maşınlarının sıx olduğu ərazilərdə sürücülərə “Buraxılış vəsiqəsi”nin alınması üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verib, informativ vərəqələr paylayıblar.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, 11 Regional İdarə üzrə 1178 sürücü ilə məlumatlandırma işi aparılıb.
Sürücülərə deyilib ki, aprelin 8-də “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə başlanılır. Sənədlər buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi” təqdim olunur.
"Buraxılış vəsiqəsi" və "Buraxılış kartı"nın verilməsi üçün sənədlərin qəbulu AYNA-nın Regional idarələrində də həyata keçirilir. Daşıyıcılar və sürücülər tələb olunan sənədləri fəaliyyət göstərdikləri region üzrə İdarələrə təqdim edə bilərlər.
Xəbərin mətnində orfoqrafik səhv var