İQTİSADİYYAT
AZAL Azərbaycan Turizm Assosiasiyası ilə birgə rəsmi tərəfdaşları ilə görüş keçirib
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA) “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi tərəfdaşları və agentləri ilə birgə görüş keçirib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında mühüm dəyişikliklər və yeniliklər barədə danışıb. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənilib.
Görüşdə, həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səmərəli görüşün yekunlarına əsasən AZAL ən fəal tərəfdaşları və agentlərini təltif edib, lider turizm agentləri beşliyinə isə adlı sertifikatlar təqdim olunub. Belə görüşlərin bundan sonra da müntəzəm xarakter daşıyacağı qeyd olunub.
Tədbirdən hazırlanmış videoçarxı aşağıdakı link vasitəsilə izləmək olar: