İQTİSADİYYAT


AZAL Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir

AZAL Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir

Bakı, 18 mart, AZƏRTAC

AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.

Küveytin görməli məkanları, müasir Şərq memarlığı, çimərlik istirahəti və alış-veriş turistləri cəlb edir. Aviabiletləri www.azal.az  saytından, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.