İQTİSADİYYAT
AZAL: “Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair “Boeing”lə müqavilə üzrə danışıqlar davam etdirilir YENİLƏNİB
Bakı, 3 iyun, AZƏRTAC
“Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair “Boeing” korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir. İmzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında deyilir. ⠀⠀
“Müqavilə üzrə ilkin ödənişlər artıq olunub. Bu ödənişlər 2024-cü ildə “Boeing” korporasiyası tərəfindən nəzərə alınacaq. Onu da qeyd edək ki, hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün “Boeing” şirkəti ilə danışıqlar aparılır. Hələlik isə, “Azərbaycan Hava Yolları” mövcud təyyarə parkından aktiv istifadə edəcək. “Azərbaycan Hava Yolları” dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir”, - deyə məlumatda bildirilir.