İQTİSADİYYAT


AZAL Londona reysləri iyundan başlayaraq yerinə yetirəcək

Bakı, 1 may, AZƏRTAC

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, bu, qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.

Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

Aviabiletlər “www.azal.az” saytında onlayn alındığı təqdirdə “[email protected]” elektron poçtu vasitəsilə aviaşirkətin Çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etmənizi xahiş edirik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.