İQTİSADİYYAT


AZAL Moskvadan Bakıya çarter reys yerinə yetirib

Bakı, 12 iyul, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, “Airbus A340” hava gəmisi ilə Azərbaycan vətəndaşları ölkəyə çatdırılıb. Bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilmişdir. Bu həkimlər koronavirus pandemiyası ilə mübarizədə kömək göstərəcəklər.

Reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.