İQTİSADİYYAT


AZAL Özbəkistanın Səmərqənd şəhərinə reyslərin yerinə yetirilməsinə başlayıb

Bakı, 4 oktyabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Özbəkistanın Səmərqənd şəhərinə aviareyslərin yerinə yetirilməsinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsini davam etdirirlər. Belə ki, oktyabrın 4-dən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsinə start verib.

Qeyd edək ki, dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.