İQTİSADİYYAT


AZAL Vyanaya uçuşlar yerinə yetirməyə başlayır

AZAL Vyanaya uçuşlar yerinə yetirməyə başlayır

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətləri üzrə uçuşları artırmaqda davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.

Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni, tarixi mərkəzi hesab olunur.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.