İQTİSADİYYAT
AZAL daha 191 həmyerlimizi Vətənə çatdırıb



Bakı, 4 mart, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) daha 191 həmyerlimizi Vətənə çatdırıb.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, AZAL-ın növbəti təxliyə reysi ilə Rumıniyanın Yassı Beynəlxalq Hava Limanından 13-ü uşaq olmaqla 191 Azərbaycan vətəndaşı Bakıya çatdırılıb. Daha əvvəl AZAL-ın təxliyə reysləri ilə Ukraynada baş verən hadisələrlə əlaqədar ölkəyə qayıtmaq istəyən yüzlərlə həmyerlimiz Azərbaycana qayıdıb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin daşınması üçün təxliyə uçuşları yerinə yetirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsiz həyata keçirilir.
Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]