İQTİSADİYYAT


AZAL-dan valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Hava Yolları (AZAL) ailəsi ilə səyahət edən uşaqlar üçün qış aksiyası elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu il fevralın 1-dən 28-dək olan tarixlərə iki böyük üçün (sərnişinlərin valideynlər və qəyyumlar olması şərtilə) aviabilet alındıqda, aviaşirkət eyni uçuşa 12 yaşadək bir uşağa pulsuz aviabilet təqdim edir.

Aksiya aviaşirkətin göstərilən tarixlərdə beynəlxalq aviareyslərinin həyata keçiriləcəyi bütün istiqamətlərə şamil olunur.

Biletləri yanvarın 21-dən etibarən AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və “www.azal.az” saytında təxsis etmək və əldə etmək mümkündür. Uşağa pulsuz aviabiletin verilməsi üçün valideynlər səyahət edən sərnişinlərin sənədlərini “[email protected]” elektron ünvanına göndərərək çağrı mərkəzinə müraciət edə və ya aviaşirkətin rəsmi satış kassalarına yaxınlaşa bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.