İQTİSADİYYAT


AZAL-ın top-menecerləri “CEO Lunch Baku”nun fəxri qonağı olacaqlar

Bakı, 15 noyabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev “Caspian European Club”un 2018-ci il noyabrın 27-də “Hyatt Regency Baku” otelində təşkil edəcəyi “CEO Lunch Baku”ya fəxri qonaq qismində qatılacaq.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”dan məlumat verilib. Bildirilir ki, tədbirin fəxri qonaqları sırasında, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov, “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə, QSC prezidentinin beynəlxalq münasibətlər üzrə köməkçisi Paşa Kəsəmənski, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov da yer alıblar.

“Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, tədbir Klub üzvlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq təşkil olunur. Burada Klubun üzv şirkət rəhbərlərinin özəl sektor ilə “Azərbaycan Hava Yolları” QSC arasında əməkdaşlığın genişləndirilməsi üzrə təklif və təşəbbüsləri müzakirə olunacaq, iştirakçılar onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

“CEO Lunch Baku” yalnız şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir. Tədbirin baş sponsoru “Azərçay” ticarət markasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.