İQTİSADİYYAT


AZAL-ın veb-saytının bəzi funksiyaları işləməyəcək

Bakı, 29 yanvar, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi “www.azal.az” veb-saytının bəzi funksiyaları fevralın 5-dən (Bakı vaxtı ilə 20:00) etibarən müvəqqəti olaraq işləməyəcək.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, sayt və mobil əlavəmizdə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək. Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür.

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə “[email protected]” elektron poçt ünvanı, saytdakı əks əlaqə forması və yaxud “WhatsApp” (+994 12 437-40-82) vasitəsilə müraciət edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.