İQTİSADİYYAT


AZAL mart ayından üç istiqamət üzrə uçuşlara başlayır

AZAL mart ayından üç istiqamət üzrə uçuşlara başlayır

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni istiqamət əlavə edir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, mart ayından etibarən aviaşirkət Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq. Belə ki, martın 16-dan etibarən “Azərbaycan Hava Yolları” aviaşirkəti həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirsk şəhərinə, martın 19-dan etibarən isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburq şəhərinə uçuşlar yerinə yetirəcək.

AZAL-in tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 18-dən etibarən Samara şəhərinə reyslər yerinə yetirəcək. Bu şəhərə uçuşlar çərşənbə axşamı və şənbə günü nəzərdə tutulub.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətlərin rəsmi www.azal.az və www.butaairways.az saytlarında tanış ola bilərsiniz. Reyslərə aviabiletləri AZAL və “Buta Airways” mobil tətbiqləri vasitəsilə də əldə etmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.