İQTİSADİYYAT
AZAL müxtəlif ölkələrdən azərbaycanlıları ölkəmizə gətirməyə davam edir
Bakı, 22 mart, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC Hökumətin tapşırığı əsasında dünyanın müxtəlif ölkələrindən azərbaycanlıların Vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 21-nə keçən gecə AZAL Naxçıvandan Lənkərana xüsusi reys yerinə yetirib. Həmin reyslə Lənkərana Türkiyədən avtobuslarla Naxçıvana gəlmiş 165 Azərbaycan vətəndaşı çatdırılıb. Lənkərana enişdən sonra bütün sərnişinlər karantinə yerləşdirilib.
Mart ayının 22-də Minsk, Moskva, London və Nyu-York şəhərlərindən müvafiq reyslər həyata keçirilib və ümumilikdə, 333 vətəndaş ölkəyə gətirilib.
Bu gün Azərbaycanın 95 vətəndaşını daşıyan Yekaterinburq reysinin gəlişi gözlənilir.
Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qaytarılması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.
Qeyd edək ki, mart ayının 15-dən etibarən hava yolu ilə bütün dünyadan 10 minə yaxın sərnişin Azərbaycana geri qaytarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:40]
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
- 25.04.2024 [11:13]
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
- 25.04.2024 [10:43]
Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək
- 25.04.2024 [10:27]
Dünya birjalarında neft bahalaşıb
- 25.04.2024 [09:00]
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
- [09:00]
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 24.04.2024 [23:42]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [23:21]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:45]
DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
- 24.04.2024 [22:35]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [22:16]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [22:07]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO
- 24.04.2024 [21:52]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [21:31]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [21:08]
Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH
- 24.04.2024 [21:02]
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİB VİDEO
- 24.04.2024 [20:46]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [20:27]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [20:05]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:37]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [19:13]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:11]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:57]