CƏMİYYƏT


AZAL şagirdlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiyaları bərpa edir

Bakı, 20 sentyabr, Elvin Camalov, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) QSC şagirdlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna ekskursiyaları bərpa edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

O bildirib ki, tədris ilinin başlanması ilə əlaqədar olaraq, AZAL 4-cü və daha yuxarı sinif şagirdləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda ekskursiyaları bərpa edir.

P.Kəsəmənskinin sözlərinə görə, ekskursiyaya yazılmaq istəyənlər press@azal.az e-mail ünvanına elektron müraciət göndərə bilərlər.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, ekskursiyalar şənbə günləri - günün birinci yarısında keçiriləcək. Müraciətlərə növbə şəklində baxılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.