İQTİSADİYYAT
AZƏRBAYCANDAN MDB ÖLKƏLƏRİNƏ İXRAC 2,6 DƏFƏ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-iyul aylarında Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrlə mal mübadiləsinin ümumi həcmi 1 milyard 267 milyon ABŞ dolları, o cümlədən idxal 642,1 milyon, ixrac 384,6 milyon dollar olmuşdur. 2003-cü ilin eyni dövrü ilə müqayisədə həmin ölkələrlə xarici ticarət dövriyyəsinin həcmi 1,7 dəfə, o cümlədən idxal 45,4 faiz, ixrac 2,6 dəfə artmışdır. Bu dövriyyənin 36 faizi Rusiyanın, 20,1 faizi Qazaxıstanın, 19,1 faizi Türkmənistanın, 9,7 faizi Gürcüstanın, 9 faizi Ukraynanın, 6,1 faizi isə MDB-nin digər beş ölkəsinin hesabına təmin edilmişdir.
Azərbaycandan bu ölkələrə yerüstü, hava və su nəqliyyatı vasitələri ilə ərzaq, kimya sənayesi, mineral məhsulları, toxuculuq materialları və məmulatları, maşın və mexanizmlər, elektrotexnika avadanlığı, polimer materiallar, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanmış mallar göndərilmişdir.