MƏDƏNİYYƏT


AZƏRBAYCANDA 70-Ə YAXIN OTEL “ULDUZ”LARIN DƏRƏCƏSİ İLƏ MÜƏYYƏNLƏŞMİŞDİR

Bakı, 25 iyun (AZƏRTAC). Artıq Azərbaycanda 70-ə yaxın otel “ulduz”ların dərəcəsi ilə müəyyənləşmişdir. Digərləri isə müasir standartlara cavab vermədiyi üçün hələ nazirliyə müraciət etməmişdir. Nazirliyə cari ildə “ulduz” dərəcəsi almaq üçün cəmi 6 otel müraciət etmişdir.

Bu barədə AZƏRTAC-a məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, ölkəmizdə otellərin lisenziyalaşdırılması prosesi uğurla aparılır. Bu günlərdə daha 3 otelə yeni lisenziya verilmişdir. Qanunvericiliyə uyğun olaraq otel və mehmanxanaların lisenziyalaşdırılması məcburidir. Onlara “ulduz” dərəcələrinin verilməsi isə məcbiri deyil. Bu, otellərin özlərindən asılıdır.

Nazir demişdir ki, ötən il lisenziyasız fəaliyyət göstərən 40-a yaxın otel bağlanmışdır. Demək olar ki, bu gün lisenziyasız fəaliyyət göstərən otel yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.