İQTİSADİYYAT


AZƏRBAYCANDA AVİADAŞIYICILAR ÜÇÜN BÖYÜK İMKANLAR VAR

Azərbaycanda həyata keçirilən neft strategiyası, iqtisadi islahatlar böyük ümidlər verir, ölkənin xarici sərmayədarlar üçün böyük iqtisadi potensiala malik olduğunu sübut edir. Bunu “Avstriya hava yolları” şirkətinin prezidenti Yozef Bürqer şirkətin Azərbaycanda nümayəndəliyinin açılışına həsr olunmuş mətbuat konfransında bəyan etmişdir. Bu, sərnişinlərə xidmətlər göstərilməsinin səviyyəsinə görə aviadaşıyıcıların reytinq siyahısında yuxarı yerlərdən birini tutan şirkətin dünyada artıq 28-ci nümayəndəliyidir.

Avqustun 21-dən həftədə üç dəfə Vyana-Bakı-Vyana marşrutu ilə reyslər həyata keçirilməyə başlanmışdır. Sərnişinlər, təyinat yerindən əlavə, Şimali Amerika, Asiya ölkələrinə və Avstraliyaya uçmaq üçün tranzit hava limanı kimi Vyana beynəlxalq hava limanının xidmətlərindən də istifadə edə biləcəklər. Əvvəlcə 70 sərnişin üçün nəzərdə tutulmuş təyyarələr işləyəcək, sonra isə sərnişinlərin sayı artdıqca, ola bilsin, aerobusdan istifadə ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.