AZƏRBAYCANDA İLK İNTERNET ROUMİNQ XİDMƏTİ
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İnternet-qlobal şəbəkə olsa da, ona yalnız yerli provayderin xidmətlərindən istifadə edərək qoşulurlar. Bəzən hətta bir ölkə daxilində yer dəyişdirdikdə elektron poçtunu oxumaq, ya da İnternetdən lazımi sənədləri əldə etmək üçün əhatə dairəsi daha geniş olan digər provayderə qoşulmaq məcburiyyəti yaranır. Lakin ölkə daxilində bu problemin həlli xarici ölkəyə səfər etmiş İnternet istifadəçisinin yad ölkədə qarşılaşacağı narahatlıqla müqayisədə qat-qat asandır.
Məhz belə narahatlıqların həlli üçün dünyanın aparıcı ölkələrinin İnternet provayderlərinin birlikləri yaranır və bu qurumlar öz istifadəçilərinə qlobal rouminq xidmətləri təklif edirlər.Yəni istifadəçi xaricə səfər edərkən dizüstü kompüterində heç bir dəyişiklik etmədən, getdiyi ölkədəki provayderlər haqqında məlumat toplayıb onların hamısının xidmətlərindən istifadə etmək seçimi ilə qarşılaşmadan,harada olduğundan asılı olmayaraq internetə qoşula bilər. İDASS belə birliklərin ən böyüyüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]
Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib
- 23.04.2024 [23:33]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [22:58]