İQTİSADİYYAT
“AZƏRBAYCANDA İNSAN HÜQUQLARI VƏ HƏMKARLAR İTTİFAQLARI HƏRƏKATI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu (AMEAİHİ) ilə birlikdə “Azərbaycanda İnsan Hüquqları və Həmkarlar İttifaqları Hərəkatı” mövzusunda elmi konfrans keçirmişlər. Tədbir daimi fəaliyyət göstərən “Azərbaycan dövlətçiliyi: davamlı inkişaf” elmi konfransı çərçivəsində həyata keçirilmişdir.
Milli Məclisin deputatları, AHİK və müxtəlif sahə həmkarlar ittifaqları respublika komitələrinin nümayəndələri mövzu ətrafında çıxış etmişlər. Natiqlər bildirmişlər ki, ümummilli liderimiz Heydər Əliyevin humanist siyasəti nəticəsində ölkəmizdə insan hüquqları təmin olunmuş, respublikamız beynəlxalq konvensiyalara qoşulmaq imkanı əldə etmişdir. İnsan hüquqlarının müdafiəsini təşkil edən qanunvericilik bazası imkan verir ki, hər bir vətəndaş özünün bütün hüquqlarını təmin etsin.
Natiqlər insan hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolunun daha da genişləndirilməsi üçün öz tövsiyələrini vermişlər.