Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANDA İQTİSADİYYATIN VƏ SOSİAL SAHƏNİN YÜKSƏLİŞİ ÖZƏL SEKTORUN İNKİŞAFINDAN ASILIDIR
YERLİ SAHİBKARLARLA GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YEKUN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Hesab edirəm ki, biz bu görüş ilə əlaqədar məqsədimizə nail olduq. Saat 11-dən indiyə qədər - artıq yeddi saatdır - biz burada, bu salonda sahibkarlığın inkişafı ilə əlaqədar birlikdə fikir mübadiləsi apardıq. Bizim bu görüş başlananda da mən müraciət etdim və bildirdim ki, bugünkü görüş yalnız və yalnız yerli sahibkarlığın inkişafına mane olan səbəbləri aradan qaldırmaq məqsədi daşıyır. Problemlər çoxdur, məsələlər çoxdur, əgər biz istəsəydik burada onların hamısını aşkar edək, yaxud da onlar haqqında fikir mübadiləsi aparaq, bu, çox çətin olardı. Ona görə də mən əvvəldən də, görüş zamanı da dəfələrlə bildirdim ki, biz sahibkarlığın inkişafı ilə əlaqədar bir neçə tədbir həyata keçirmək məqsədindəyik və bu tədbirləri səmərəli keçirmək və nəhayət, sahibkarlığın inkişafı üçün lazımi qərarlar qəbul etmək üçün vəziyyəti sahibkarların özündən öyrənmək istəyirik. Buna görə də biz bugünkü görüşə gəlmişik.

Düşünürəm ki, bu görüşümüz səmərəli, maraqlı keçdi. Hər halda güman edirəm ki, siz etiraf edərsiniz ki, mən burada hər kəsə öz fikrini sərbəst demək şəraiti yaratdım və hətta bəzilərinə fikirlərini ifadə etmək üçün kömək etməyə çalışdım. Düzdür, başlanğıc vaxtı sahibkarlar – yəni sizi deyirəm - bir az nədənsə çəkinirdilər, utanırdılar, amma sonra get-gedə açılışdılar. İndi, görüşümüzün sonunda hesab edirəm ki, bizim bu salonumuz çox qızışmış vəziyyətdədir.

Hiss etdim ki, əgər biz burada hələ beş-altı saat da otursaq danışmaq istəyən, fikir demək istəyən var. Ancaq bunu əvvəldən bildirmişdim ki, təbiidir, burada hamı danışa bilməz. Yəni danışa bilər, ancaq sadəcə vaxt buna imkan vermir. Ona görə də bütün təkliflərinizi və xüsusən sizin işinizə nə mane olursa, onları yazılı surətdə, anonim surətdə oraya, qutuya atın. Bilmirəm, indi qutuya bir şey atılıb, yoxsa yox?

RAMİZ MEHDİYEV \Prezidentin İcra Aparatının rəhbəri\: Cənab Prezident, müəyyən qədər atılıbdır.

HEYDƏR ƏLİYEV: Müəyyən qədər atılıbdır. Mən burada sahibkarlara dedim ki, istəyirəm siz şikayət edəsiniz. Əgər şikayət etməyə əsas varsa, çəkinməyəsiniz, bildirəsiniz ki, nə var, nə yoxdur. Nəhayət, biz buna nail ola bildik.

Bizim ordan-burdan eşitdiyimiz bəzi məsələlər haqqında burada açıq bəyanatlar verildi. Ancaq yenə də güman edirəm ki, bunlar yerli sahibkarların işinin yaxşılaşdırılması üçün hələ tam deyil. O mənada ki, biz bütün nöqsanları, bütün əngəlləri burada bilavasitə eşidə bilmədik. Ona görə də sizə verilmiş anketlərdə yazdıqlarınızdan, buradakı çıxışlardan istifadə olunacaqdır. Ən nəhayət, kim istəyirsə, bu gün də, sabah da, bir neçə gün müddətində də fikirlərini yazılı surətdə verə bilər. İstəsə öz imzası ilə yazsın, istəməsə anonim yazsın. Bunların hamısı təhlil olunacaqdır. Təbiidir ki, müəyyən qədər yoxlanılacaqdır. Biz son müşavirəmizdə bunların əsasında bu məsələlərə həm öz münasibətimizi bildirəcəyik, həm də bu barədə lazımi qərarlar qəbul edəcəyik.

Mən bugünkü görüşdən çox məmnunam. Çox məmnunam ki, bir neçə saatdır sahibkarlarla bir yerdəyik, sərbəst görüşürük, söhbət edirik. Bu mənim üçün çox əhəmiyyətlidir. Güman edirəm, sizin üçün də əhəmiyyətlidir. Elə bu, görüşün özünün əhəmiyyətli olduğunu təsdiq edir. Ancaq mən məmnunam ki, sahibkarlığa mane olan bir neçə məsələlər haqqında burada açıq fikirlər söyləndi. Onlar çoxdur və indi onların hamısını demək istəmirəm. Ancaq biz bunu əvvəldən də müəyyən qədər bilirdik. Sizin dediklərinizdən daha da geniş məlumatlandıq ki, bizim dövlət orqanları, hakimiyyət orqanları, yəni sahibkarların öz sahibkarlığını həyata keçirmək üçün cavabdeh olan orqanların işində çox böyük nöqsanlar, çox böyük qüsurlar, böyük əyintilər, vəzifələrindən sui-istifadə olunması faktları, hətta cinayət halları vardır. Təbiidir ki, cinayəti gərək məhkəmə təyin etsin. Amma mən sadəcə, öz fikrimi bildirmək istəyirəm.

Mən təsəvvür edə bilmirdim, bu görüşə hazırlıq zamanı bizim aparatın işçiləri sahibkarların nədən narazı olduqları barədə sorğu aparıblar. Hesab edirəm ki, sorğu çox maraqlı nəticələr veribdir. Ancaq bu da hələ işin başlanğıcıdır. Yəni bizim bu məsələni öyrənmək barəsində işimizin başlanğıcıdır. Sizin burada dediklərinizdən çox şey məlum oldu.

Məsələn, sorğuda belə məlumatlar var. Sorğu min nəfər arasında aparılıbdır. Aşağıda göstərilən səbəblərdən hansının sahibkarlığın inkişafına mane olur sualına cavablar belədir: yüksək vergilər - 508 nəfər, maliyyə vəsaitinin çatışmaması - 304 nəfər, bazar infrastrukturunun aşağı səviyyəsi -106, əhalidə sahibkarlıq təşəbbüsünün zəifliyi - 95 nəfər, cəlb olunduğumuz müharibə -125 nəfər, qanunsuz yoxlamalar - 441 nəfər. Siz çıxışlarınızda da bu rəqəmləri təsdiq etdiniz. Düzdür, heç biriniz rəqəmlər gətirmədiniz, ancaq sizin dedikləriniz, hər halda, sorğu ilə üst-üstə düşür. Sorğunun başqa göstəriciləri də var. Güman edirəm ki, bunlar hamısı bundan sonra görüləcək işlərimizdə istifadə olunacaqdır.

Beləliklə, bizim Vergi Nazirliyi, Gömrük Komitəsi, hüquq-mühafizə orqanları – bunlar üzdə olanlardır. Amma mən təsəvvür edə bilməzdim ki, sanitariya nəzarətçiləri sahibkarların iş aparması üçün nə qədər maneələr qoyublar və nə qədər çətinliklər yaradıblar. Yaxud burada dedilər, lisenziyaların bir çoxu lazımdır, ya lazım deyil? Doğrudur, hələ bu görüşə qədər mənim aparatımda və Nazirlər Kabinetində bu məsələ üzərində işləyiblər və lisenziyaların sayının xeyli azalması haqqında mənə məlumat verilibdir. Ancaq hesab edirəm ki, bu görüşdən sonra bir daha düşünmək lazımdır.

Məni burada çox dəhşətə gətirən o oldu ki, gedib mağazaları bağlayırlar. Burada deyildi ki, hətta Gömrük Komitəsinin işçiləri gedib mağaza bağlayırlar. Birincisi, bu, onların funksiyasına aid deyil. İkincisi də mağazanı bağlamaq olmaz. Yaxud mənim üçün çox təəccüblü oldu ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət-İstehlak Departamenti indi Bakıda olan mağazaların işinə çox mane olur və onlar üçün böyük çətinliklər yaradır.

Mən sizinlə görüşümdə bu fikrimi bildirdim. Bunu bir də bəyan etmək istəyirəm ki, Azərbaycanda özəlləşmənin ən müsbət nəticələrindən biri ticarətin özəlləşdirilməsi olubdur. İndi özəlləşdirilmiş ticarət, yəni özəl sektorun əlində olan ticarət bizim Azərbaycanın bugünkü gününün ən yaxşı nailiyyətlərindən biridir. Azərbaycan vətəndaşı Bakının mağazalarından müxtəlif malları, istənilən malları, dünyanın hər yerində olan malları burada öz şəhərində, yaşadığı yerdə ala bilir. İndi mağazaların görkəmi, xidmət səviyyəsi, onların reklamları, demək olar ki, Bakının görünüşünü xeyli dəyişdiribdir. Amma mən bunu deyirəm ona görə yox ki, bunlar gözəldirlər və bizim şəhərə müəyyən gözəllik verirlər. Mən bunu ona görə deyirəm ki, bu qədər mağazalar, müxtəlif mallarla dolu olan mağazalar ticarət aparırlarsa, Qərb ölkələrindən, digər ölkələrdən çox yüksək keyfiyyətli mallar gətirib Azərbaycanda satırlarsa, Azərbaycanın vətəndaşları bu mallardan istifadə edirlərsə, alırlarsa, bu, bizim iqtisadi inkişafımızın ən yaxşı göstəricilərindən biridir. Biz buna nail olmaq istəyirik.

Ancaq unutmaq lazım deyil ki, keçmişdə, Sovet İttifaqı zamanı mağazaların içi boş idi. İndi mağazalar dəyişilibdir, onlar yüksək səviyyədə qurulubdur və çox zəngin mağazalardır. Bu, bizim apardığımız iqtisadi siyasətin nəticələrindən biridir. Biz bunu inkişaf etdirməliyik, irəliyə aparmalıyıq.

Əgər Bakı şəhər Ticarət-İstehlak Departamenti gedib bu mağazaları bağlayırsa, yaxud onların işinə mane olursa, vergi orqanları gedib onları sıxışdırırlarsa, hətta anlaşılmaz bir şeydir ki, gömrük orqanları gedib mağazaların işinə müdaxilə edirlərsə, bunlar dözülməz hallardır. Burada da deyildi. Ticarət təşkilatının rəhbəri burada bu barədə danışanda gördüm, zalda nə qədər alqışlar var idi. Nəyə görə alqışlar var idi? Ona görə ki, o, açıqca dedi ki, mağazaların işləməsinə imkan vermirlər. Sahibkarların çoxları da mağazaları bağlayırlar, bu işlərindən imtina edirlər. Çünki məmurların bu cür müdaxiləsi, yoxlamalar mağazaları elə vəziyyətə salır ki, sahibkar nəinki qazanc əldə edə, hətta qoyduğu vəsaiti çıxara bilmir. Təbiidir, belə halda heç kəs işləməz. Demək, son illərdə bizim böyük əzab-əziyyətlə yaratdığımız bu ticarət sistemi belə getsə dağılacaqdır. Bu çox narahatedici haldır. Təbiidir ki, biz bu barədə lazımi ölçülər götürəcəyik.

Ancaq mən öz təəssüratlarımı burada indi ilkin olaraq bildirmək istəyirəm. Burada deyildi ki, Goranboy rayonunda icra başçısı Ticarət-İstehlak Departamenti yaradıbdır, orada 23 nəfər işçi var və hər köşkə bir işçi çatır. Yaxşı, onda bu nəyə lazımdır. Bu, məni dəhşətləndirdi. Kiçik bir rayonda Ticarət-İstehlak Departamenti yaratmaq və orada 23 nəfər işçi saxlamaq nəyə lazımdır, kimə lazımdır?!

Biz ticarətə azadlıq vermişik. Qoy onlar azad yaşasınlar, azad işləsinlər, ticarətini aparsınlar. Onlar böyük iş görürlər. Ancaq müxtəlif məmurlar, icra orqanları tərəfindən bunların qarşısı alınır. Ramiz Mehdiyev, mən sənə tapşırıq verirəm, sabah yoxla, Goranboy rayonunda həqiqətən belə bir vəziyyət varsa, mənə məruzə et. Güman edirəm, mən bu barədə lazımi konkret qərarı qəbul edəcəyəm. Bunu ləngitmək lazım deyil.

Ancaq biz burada təkcə ticarət sahəsində deyil, başqa sahələrdə də mövcud olan çətinlikləri eşitdik, bildik. Ona görə mən burada bizə verdiyiniz məlumatlara görə sizə təşəkkür edirəm. Hesab edirəm, bu gün bizim açıq söhbətimiz alındı. Ancaq hiss etdim ki, bu söhbətimiz o qədər qızışır ki, bunun üçün indiyə qədər işlədiyimiz vaxt çatmır. Yəqin ki, 10-15 saat vaxt lazımdır. Bir də təkrar edirəm, buna imkan olmadığına görə, siz ürəyinizdə olan bütün fikirləri, xüsusən işinizə mane olan halların hamısını yazın, verin.

Əmin ola bilərsiniz ki, biz - Azərbaycan dövləti və şəxsən Azərbaycan Prezidenti ölkəmizdə sahibkarlığın inkişafını özümüzün əsas vəzifələrimizdən biri hesab edirik. Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq və sahibkarlığın inkişaf etdirilməsi üçün bundan sonra lazım olan tədbirlərin həyata keçirilməsi ilə məşğul olacağıq. Sizin işinizə qanunsuz müdaxilə edənlərin, sizə mane olanların, qanunsuz olaraq sizdən bəhrələnməyə çalışanların hamısının qarşısını alacağıq.

Mən istərdim, siz biləsiniz ki, Azərbaycanda bazar iqtisadiyyatının həyata keçirilməsi və onun bir hissəsi olan sahibkarlıq prosesinin yaranması və inkişaf etdirilməsi asan bir şey deyildir. Bizim hamımız birlikdə on illərlə mərkəzləşmiş dövlət iqtisadiyyatı şəraitində yaşamışıq. O dövrdə heç bir sahibkarlığa imkan verilmirdi və insanlar nəsildən-nəsilə sahibkarlığın nə olduğunu unudurdular. İndi sahibkarlığı yenidən bərpa etmək, insanları buna alışdırmaq, onlarda sahibkarlıq keyfiyyəti yaratmaq, insanlarda sahibkarlıq xüsusiyyətləri tərbiyə etmək, yüksək səviyyəli sahibkarlar hazırlamaq, milli sahibkarlar yaratmaq – bunlar vaxt tələb edir. Bunlar eyni zamanda, dövlətin qayğısını tələb edir.

Biz səbirli olmalıyıq. Siz bilməlisiniz ki, biz lazım olan qayğını göstərəcəyik. İnanıram ki, siz də, bütün sahibkarlar da daha çox təkmilləşəcəksiniz, sahibkarlıq xüsusiyyətlərini daha da dərindən mənimsəyəcəksiniz, sağlam, öz xalqına, vətəninə sədaqətlə xidmət edən sahibkarlar kimi inkişaf edəcəksiniz. Bunlar hamısı Azərbaycanda iqtisadiyyatın sürətlənməsini təmin edəcəkdir. Mən buna inanıram. Bunun üçün vaxt lazımdır. Bir də qeyd edirəm, bunun üçün bir tərəfdən dövlətin qayğısı, digər tərəfdən sahibkarların özünün bu işi daha da dərindən mənimsəməsi lazımdır. Bu proses gedir. Biz bu prosesi gücləndirməliyik. Bizim bugünkü görüşümüz də məhz bu prosesi gücləndirmək və bu prosesi səmərəli etmək məqsədi daşıyır.

Ümidvaram ki, biz yaxşı nəticələr əldə edəcəyik. Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır. Rahat yaşayın, çətinliklərlə mübarizə aparın, çətinlikləri, maneələri vaxtında bizə çatdırın. Biz isə bu çətinliklərin aradan götürülməsi üçün lazım olan bütün tədbirləri həyata keçirəcəyik.

Sizə, Azərbaycanın bütün sahibkarlarına cansağlığı arzu edirəm, bu yeni peşənin mənimsənilməsində və sahibkarlıq fəaliyyətinizdə böyük sosial-iqtisadi uğurlar arzulayıram. Sağ olun, gələn görüşə qədər!

(Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı).

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb