SİYASƏT
AZƏRBAYCANDA MƏHBUSLARIN SAYI İLBƏİL AZALIR
Respublikamızda məhkumların sayı ilbəil azalır. Belə ki, 1992-ci ildə əhalinin hər 100 min nəfərinə düşən məhkumların sayı 390 nəfər təşkil edirdisə, indi bu rəqəm 260-a enmişdir.
Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov demişdir ki, axırıncı amnistiya aktı həyata keçiriləndən sonra, azadlıqdan məhrum olunanların sayı xeyli azalacaqdır. Onun sözlərinə görə, əhalinin hər 100 min nəfərinə düşən məhkumların sayı Şərqi Avropa ölkələrində 160-200, Qərbi Avropada 110-120, ABŞ-da 700, Rusiya Federasiyasında 600, Qazaxıstan və Qırğızıstanda 400, Belarusda isə 500 nəfərdir.