MƏDƏNİYYƏT


“AZƏRBAYCANDA MİQRASİYA PROSESLƏRİ” KİTABININ TƏQDİMATI OLMUŞDUR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, 20 iyun Beynəlxalq qaçqınlar günü ərəfəsində “SANİYƏ” Humanitar İnformasiya Analitik Agentliyinin ofisində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun elmi işçisi Məmmədağa Sərdarovun “Azərbaycanda miqrasiya prosesləri” kitabının təqdimat mərasimi keçirilmişdir.

İnstitutun elmi şurasının qərarı ilə çap olunmuş kitabın təqdimat mərasimini agentliyin direktoru Elçin Sərdarov açaraq monoqrafiyanın əhəmiyyətindən danışmışdır.

Fəlsəfə elmləri doktorları və professorlar Əlikram Tağıyev, Əlisa Əhmədov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı milli proqramının rəhbəri Əhməd Şirinov və başqaları çıxış edərək müəllifi təbrik etmişlər. Natiqlər vurğulamışlar ki, monoqrafiyada Azərbaycanda miqrasiyanın tarixi, onun nəzəri məsələləri əhatəli tədqiq olunmuş, ötən əsrin 80-cı illərinin sonu 90-cı illərinin əvvəllərində ölkəmizdə mövcud sosial-siyasi vəziyyət təhlil edilmiş, həmin dövrdə miqrasiya proseslərinin güclənməsi səbəbləri araşdırılmış, vəziyyətin tənzimlənməsi üçün ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açılmışdır.

“Adiloğlu” nəşriyyatında çap olunmuş kitabda müxtəlif cədvəl və diaqramlardan da istifadə edilmiş, terminlərin izahı verilmişdir.

Axırda müəllif kitabın işıq üzü görməsində informasiya və texniki dəstəyə görə “SANİYƏ” Agentliyinə, tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.