İQTİSADİYYAT
AZƏRBAYCANDA ÖDƏMƏ KÖŞKLƏRİNİN İSTEHSALINA BAŞLANILACAQDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda bu ilin ikinci rübündən ödəmə köşklərinin istehsalına başlanılacaqdır. Hazırda kommunal xidmətlərin haqqının ödənişlərini həyata keçirəcək bu köşkün proqram təminatı üzərində sınaq işləri aparılır.
Köşkün üzərində Azərbaycan manatını tanıyan cihaz da yerləşdiriləcəkdir. Respublikamızda 1250-yə yaxın belə köşkə tələbat vardır. Onların ilk alıcısı RİTN olacaqdır. Köşklər nazirliyin rabitə qovşaqlarının abunə şöbələri üçün alınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:40]
“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək
- 25.04.2024 [16:34]