“AZƏRBAYCANDA QADINLAR VƏ KİŞİLƏR” İLLİK STATİSTİKMƏCMUƏSİ ÇAPDAN ÇIXMIŞDIR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, Dövlət Statistika Komitəsi “Azərbaycanda qadınlar və kişilər” adlı illik statistik məcmuəni nəşr etdirmişdir.
Azərbaycan və ingilis dillərində işıq üzü görən nəşrdə ölkəmizdə qadın və kişilərin bərabər hüquq və imkan azadlıqlarını tənzimləyən qanunvericilik aktları, gender statistikası, mövzu ilə bağlı metodoloji izahlar, respublikamızda və dünyada əhalinin sayı, təbii hərəkəti, yaş tərkibi, şəhər və kənd əhalisinin nisbəti, doğum, ölüm faizləri, orta ömür uzunluğu, cins bölgüsü və sair barədə göstəricilər verilmişdir.
Burada eyni zamanda, Azərbaycanın ayrı-ayrı iqtisadi rayonları üzrə doğum və ölümün statistikası, əhalinin cins tərkibi, o cümlədən uşaq, ana ölümü, nikah və boşanmalar, beynəlxalq miqrasiya haqqında statistik rəqəmlər də əksini tapmışdır. Səhiyyə, təhsil və elmi kadrlar, məşğulluq və işsizlik, əhalinin iqtisadi fəallığı, həyat səviyyəsi və sosial təminat, parlament, hüquqpozmalar, beynəlxalq müqayisələr bölmələrində 2005/2006-cı illərin statistik rəqəmləri verilmişdir.
Statistik məcmuə gender bölgüsündə beynəlxalq statistik standartlara uyğun hazırlanmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var