SİYASƏT


AZƏRBAYCANDA “RUS İCMASI”NIN HƏYATINDAN BƏHS EDƏN SƏNƏDLİ FİLM ÇƏKİLƏCƏK

Rusiya Federasiyasının Xaricdə Yaşayan Soydaşlarla İş üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvü, RF Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının baş elmi işçisi, “Rossiyane” Fondunun Analitik Mərkəzinin rəhbəri Tatyana Poloskovanın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində olmuşdur.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinin Bakıya səfərindən məqsəd Azərbaycandakı Rusiya diasporunun problemlərinə dair mütəxəssis sorğusu keçirmək, eləcə də ölkəmizin xaricdəki Azərbaycan diasporu ilə iş təcrübəsini öyrənməkdir.

Görüşdə Azərbaycandakı rusların və Rusiyadakı azərbaycanlıların problemləri, hər iki ölkədəki diaspor təşkilatlarının qarşılıqlı əməkdaşlıq zəminində gördüyü işlər, Azərbaycanda rus dili və mədəniyyətinin gələcək inkişaf perspektivləri əsas müzakirə obyekti olmuşdur.

Görüşdə, həmçinin “Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin inkişaf perspektivləri” beynəlxalq forumuna hazırlıq, Azərbaycanda ruslar üçün Azərbaycan dilinin tədrisi ilə bağlı xüsusi proqramların təşkili, RF-nin milli məsələlər üzrə dövlət naziri Vladimir Zorinin Bakıya nəzərdə tutulan səfəri, Azərbaycanda “Rus icması”nın həyatından bəhs edən sənədli filmin çəkilişi, ÜAK-nın vitse prezidenti mərhum Aydın Qurbanovun xatirəsinin əbədiləşdirilməsi məsələləri də müzakirə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.