AZƏRBAYCANDA SIĞORTA İLƏ BAĞLI İLK ANALİTİK PORTAL FƏALİYYƏTƏ BAŞLAMIŞDIR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Sığorta Şirkətləri Assosiasiyası (ASA) ölkədə sığorta haqqında biliklərə dair ilk internet portalın texniki tamamlama işlərini başa çatdırmışdır.

ASA-dan bildirmişlər ki, http:/ /www. insure.az/ adlanan həmin internet resursu Azərbaycan, rus və ingilis dillərində fəaliyyətə başlamışdır. Portalda elektron kitabxana, forum, sığorta qanunvericiliyi məsələləri əksini tapmış, bu sahə ilə bağlı müxtəlif məqalə və xəbərlər verilmişdir.

Burada yerləşdirilən materiallardan məlum olur ki, http:/ /www. insure.az/ saytı informasiyadan daha çox analitik xarakter daşıyır. Onun digər saytlardan əsas fərqi xüsusi təlim-təhsil müəssisəsi kimi təqdim olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.