SİYASƏT


“AZƏRBAYCANDA SOSİAL DİALOQ VƏ MƏŞĞULLUQ” MÖVZUSUNDA SEMİNAR İŞƏ BAŞLAMIŞDIR

Aprelin 1-də Hyatt Regency-Naxçıvan otelində Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkil etdikləri ikigünlük seminar öz işinə başlamışdır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Azərbaycanda sosial dialoq və məşğulluq” mövzusuna həsr olunmuş seminarda BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional bürosunun, Dünya Bankının, Azərbaycanın hökumət strukturlarının, həmkarlar və işəgötürənlər təşkilatlarının nümayəndələri iştirak edirlər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, konfederasiyanın prezidenti Ələkbər Məmmədov, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional bürosunun məsul əməkdaşı xanım Martina Lubyova, Dünya Bankının məsul əməkdaşı xanım Aleksandra Posarak çıxış edərək seminarın məqsədi barədə məlumat vermişlər. Onlar bildirmişlər ki, seminardan məqsəd sosial dialoqun inkişafında Avropa Birliyi ölkələrinin təcrübəsi, iqtisadi və istehsal proseslərində onun rolu, Azərbaycanda sosial dialoqun vəziyyəti, perspektivləri və sair barədə müzakirələr aparmaqdır.

BƏT-in Avropa Şurasına üzv olan ölkələrlə milli səviyyədə sosial dialoqun aparılması komitəsinin nümayəndəsi Lyudek Riçlinin “Sosial dialoq əmək bazarında həyata keçirilən islahatlar üçün bir vasitədir”, xanım Martina Lubyovanın “Azərbaycanda məşğulluq strategiyası”, BƏT-in Cenevrə ofisinin mütəxəssisi Qeorqi Sirazkinin “Milli məşğulluq strategiyası üçün fəaliyyət planı” məruzələri və digər məruzələr dinlənilib müzakirə olunmuşdur.

Seminar öz işini aprelin 2-də davam etdirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.