SİYASƏT
AZƏRBAYCANDA YENİ AKKREDİTƏ OLUNMUŞ SƏFİRLƏRLƏ NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, diplomatları səmimi salamlayıb, yeni təyinatları münasibətilə təbrik edən Abbas Abbasov onlara Azərbaycan, ölkənin iqtisadiyyatı, beynəlxalq əlaqələri, dövlətin yeritdiyi daxili və xarici siyasətin mahiyyəti, digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olması barədə məlumat vermişdir.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində daha geniş dayanmış, Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Azərbaycan rəhbərliyinin münaqişəni sülh yolu ilə həll etmək səylərindən söhbət açmışdır.
Çıxış edən səfirlər səmimi qəbul üçün təşəkkür etmiş və ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəklərini bildirmişlər.