İDMAN
AZƏRBAYCANIN 21 YAŞLILARDAN İBARƏT FUTBOL YIĞMASI TÜRKİYƏ KOMANDASINA QALİB GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 12-də “Şəfa” stadionunda Azərbaycan və Türkiyənin 21 yaşlı futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunun 25-ci dəqiqəsində futbolçumuz Ruslan Əmircanov hesabı açmışdır. Görüşün sonunadək Türkiyə komandasının hesabı bərabərləşdirmək cəhdləri nəticə verməmiş və oyun baş məşqçi Nazim Əliyevin yetirmələrinin qələbəsi ilə sona çatmışdır (1:0).
Yığmamızın bu görüşdən əsas məqsədi Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində mayda İrlandiya komandası ilə keçiriləcək oyuna hazırlaşmaqdır. Azərbaycan–İrlandiya görüşünün qalibi çempionatın seçmə qrup oyunlarında iştirak etmək hüququ qazanacaqdır.
Xatırladaq ki, hazırlıq məqsədi ilə fevralın 28-də də Bakıda Azərbaycan və Belarusun “U-21” komandaları arasında yoldaşlıq görüşü keçirilmiş və oyun heç-heçə (0:0) qurtarmışdı.