İDMAN
AZƏRBAYCANIN ƏLİL İDMANÇILARI DÜNYA ÇEMPİONATINDA 3 QIZIL, 2 GÜMÜŞ VƏ 1 BÜRÜNC MEDAL QAZANMIŞLAR
Belə ki, Afina Yay Paralimpiya Oyunlarının və Avropa çempionatının qalibi, dünya rekordçusu Oleq Panyutin uzunluğa tullanmada 7,28 metr göstərici ilə qızıl, Azərbaycan çempionu Vladimir Zayets 6,51 metr nəticə ilə gümüş medal qazanmışlar. Həmçinin, üçtəkanla uzunluğa tullanmada V.Zayets 14,99 metr göstərici ilə qızıl, Afina Olimpiadasında 2-ci yer tutmuş Zeynidin Bilalov isə 12,42 metr nəticə ilə yenidən gümüş medalla mükafatlandırılmışlar.
Avropa çempionu Aleksandr Polişuk 60 metr məsafəyə qaçışda 7,40 saniyə göstərici ilə dünya çempionu tituluna sahib olmuşdur. Azərbaycan çempionu Elçin Muradov isə həmin məsafəni 7,42 saniyəyə qət edərək bürünc medal qazanmışdır. Vüqar Adışirinov 800 metr məsafəyə qaçışda 2 dəqiqə 16,24 saniyə göstərici ilə 5-ci yer tutmuşdur.
Xatırladaq ki, bu atletlərin hamısı “Neftçi” İSM-in yetirmələridir.