İQTİSADİYYAT
AZƏRBAYCANIN BANK SEKTORU YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
İlkin nəticələrə görə, onlar Azərbaycanın bank sektorunu sabit, bütün risk növlərinə (kredit, faiz dərəcələri, əməliyyat riskləri), habelə bankların ümumi göstəricilərinin aşağı düşməsi risklərinə müqavimət göstərə bilən bank sektoru kimi qiymətləndirmişlər. Onlar hesab edirlər ki, hətta göstəricilərin 50-70 faiz aşağı düşdüyü halda belə, bank sistemi kapitalın sıfır səviyyəsinə enməyəcək, onun aktivləri isə öhdəliklərdən artıq olacaqdır.
Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun ekspertləri ictimaiyyət arasında etimadını itirmiş şəxslərin bankların rəhbərliyinə buraxılmamasına Milli Bankın nəzarətinin gücləndirilməsini təklif etmişlər. Beynəlxalq təcrübədə bundan istifadə edilir və bununla əlaqədar “Banklar haqqında” qanun layihəsi Bazel Komitəsinin 25-ci prinsipinə uyğunlaşdırılmışdır. Milli Bank FSAP layihəsinə dair tövsiyələr çərçivəsində xarici kapitalın Azərbaycan Respublikasının bank sektoruna daxil olmasına məhdudiyyətləri ləğv etmişdir. O, həmçinin 2004-cü il yanvarın 1-dən məcburi ehtiyat tələblərinin ortalama prinsipinə uyğunlaşdırıldığını açıqlamışdır.