RƏSMİ XRONİKA


AZƏRBAYCANIN BRÜSSELDƏKİ SƏFİRLİYİNDƏ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz dünya birliyində öz layiqli yerini tutmaqdadır. Gənc dövlətimizin artıq bir çox ölkələrdə səfirlikləri fəaliyyət göstərir ki, bu da Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə geniş təbliğ olunmasında, ölkəmizin xarici ölkələrlə əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində mühüm rol oynayır. Bir sıra beynəlxalq təşkilatların yerləşdiyi Brüsseldə ölkəmizin səfirliyinin fəaliyyət göstərməsi də böyük əhəmiyyətə malikdir.

Aprelin 23-də dövlətimizin başçısı Heydər Əliyev və onu müşayiət edən şəxslər Azərbaycanın Brüsseldəki səfirliyinə gəldilər. Şəhərin mərkəzində yerləşən və üzərində müstəqil ölkəmizin bayrağı dalğalanan bu binanın həyətinə toplaşanlar Prezident Heydər Əliyevi hərarətlə, gül-çiçək dəstələri ilə qarşıladılar.

Respublikamızın rəhbəri səfirliyin işçiləri ilə, buraya toplaşanlarla mehribanlıqla görüşdü, diplomatik nümayəndəliyimizin iş şəraiti ilə yaxından tanış oldu. Sonra dövlətimizin başçısı onların qarşısında çıxış etdi.

X X X
Ölkəmizin Belçikadakı səfiri Mirhəmzə Əfəndiyev görüşdə çıxış edərək, dövlətimizin başçısına minnətdarlığını bildirdi və onu əmin etdi ki, diplomatik nümayəndəliyin əməkdaşları Prezident Heydər Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklər.

Görüşdə respublikanın Baş naziri Fuad Quliyev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin