AZƏRBAYCANIN EKSPOZİSİYASINA MARAQ GÖSTƏRİLİR
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin başçılığı ilə Azərbaycan nümayəndə heyəti Berlində açılmış “ITB-2004” beynəlxalq turizm sərgisində iştirak edir.
Baş Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sərgiyə gələnlər ölkəmizin ekspozisiyasına böyük maraq göstərirlər. Azərbaycan diasporunun nümayəndələri sərginin açılış mərasimində milli rəqs ansamblının çıxışını təşkil etmişdilər. Əbülfəz Qarayev Almaniyanın kütləvi informasiya vasitələrinə müsahibə verərək, Azərbaycanda turizmin inkişaf perspektivlərindən danışmışdır.
50 kvadratmetr sahədə ölkəmizin turizm biznesini “İmproteks travel”, “Vahid S” şirkətləri, “Avropa” mehmanxanası, habelə Gənclər, İdman və Turizm Nazirliyi təmsil edirlər.