İDMAN
AZƏRBAYCANIN İKİ CÜDOÇUSU DÜNYA KUBOKU TURNİRİNİN BÜRÜNC MEDALINA LAYİQ GÖRÜLMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, Varşavada cüdo üzrə kişilər arasında dünya kuboku turnirində Azərbaycan idmançıları iki bürünc medal qazanmışlar.
Elxan Rəcəbli (81 kq) ilk görüşdə Gürcüstan idmançısına məğlub olsa da, təsəlliverici qarşılaşmalarda polşalı Lukaş Balanda, macar Zoltan Xallai, rusiyalı Şirazuddin Maqomedov və Lukaş Blaç (Polşa) üzərində qələbə qazanaraq üçüncü yeri tutmuşdur.
90 kiloqram çəki dərəcəsində yarışan Elxan Məmmədov isə sloveniyalı Stoyan Jelezniki məğlub etsə də, ikinci qarşılaşmada İv Dovervilə (Fransa) uduzmuşdur. Bunla belə, mübarizəni təsəlliverici görüşlərdə davam etdirən Azərbaycan cüdoçusu ardıcıl olaraq, Stefan Kronberqer (Avstriya), Karolis Banza (Litva) və Tatsuki Masubuçi (Yaponiya) üzərində qələbə qazanaraq, bürünc medala sahib olmuşdur.
Hazırda Azərbaycan yığması Polşanın paytaxtında təlim-məşq toplanışlarında iştirk edir.