İQTİSADİYYAT
AZƏRBAYCANIN İŞ ADAMLARI ALMANİYADA KEÇİRİLƏCƏK BEYNƏLXALQ SATIŞ YARMARKASINDA İŞTİRAK EDƏCƏKLƏR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a verilən məlumata görə, aprelin 18-dən 20-dək Almaniyanın Karlsruhe şəhərində avadanlığın ikinci əldən satış yarmarkası keçiriləcəkdir.
Yarmarkanın təşkilindən məqsəd işlənmiş, eləcə də yeni avadanlıq və dəzgahların bilavasitə istehsalçısı və alıcısı arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına yardımçı olmaqdır.
ASK-nın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 30 iş adamından ibarət nümayəndə heyəti yarmarkada iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [12:14]
Energetika naziri ABŞ-a səfər edib
- 18.04.2024 [11:39]
® Sən də “Dəstək” ol!
- 18.04.2024 [11:25]