DÜNYA


AZƏRBAYCANIN KİYEVDƏKİ SƏFİRİ UKRAYNANIN ƏDLİYYƏ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycanın Kiyevdəki səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, səfir Tələt Əliyev yanvarın 17-də Ukraynanın ədliyyə naziri Aleksandr Lavrinoviç ilə görüşmüşdür.

Söhbət zamanı həm ikitərəfli əməkdaşlığın normativ hüquqi bazası razılaşdırılmış, həm də GUAM çərçivəsində qarşılıqlı fəaliyyət, Ukraynada işləyən azərbaycanlıların problemləri və digər məsələlər müzakirə olunmuşdur. Ədliyyə naziri bildirmişdir ki, Ukrayna miqrasiya haqqında qanun qəbul etməyə hazırlaşır.

Görüşdə ölkələrimizin ədliyyə nazirlərinin qarşılıqlı səfərlərinin təşkili məsələsi də müzakirə olunmuşdur.

A.Lavrinoviç beş il əvvəl Bakıya etdiyi səfərini böyük səmimiyyətlə xatırlamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.