İQTİSADİYYAT
AZƏRBAYCANIN MİLLİ BANKI İLƏ ALMANİYANIN BUNDESBANKI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
Almaniya Bundesbankının (Mərkəzi Bank) texniki mərkəzi bank əməkdaşlığı şöbəsinin rəhbəri Yurgen Şterlepperin ölkəmizə bu günlərdə etdiyi işgüzar səfərdən əsas məqsəd Azərbaycan Milli Bankı ilə Bundesbank arasında 2001-ci ilin iyulunda imzalanmış texniki yardım barədə niyyət protokolunun yerinə yetirilməsinin gedişi haqqında danışıqlar aparmaq və bu yardıma yeni tələbatı öyrənmək idi.
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı MB İdarə heyətinin sədri Elman Rüstəmovla, habelə Bankın əlaqədar departamentlərinin rəhbərləri ilə görüşlər keçirilmişdir. Görüşlərin yekunlarına əsasən, MB-yə yeni texniki yardım göstərilməsi haqqında qərar qəbul olunmuşdur.
Bundan əvvəl alman tərəfi bank nəzarəti, insan ehtiyatlarının idarə olunması, beynəlxalq audit, statistika, xarici əlaqələr departamentinin fəaliyyətinin təşkili, hüquq, ekonometrika və proqnozlaşdırma sahəsində Milli Bankın əməkdaşları üçün seminarlar təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]