ELM VƏ TƏHSİL


AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ BUDAPEŞTDƏ KEÇİRİLƏCƏK III BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİR

Martın 23-də Macarıstanın paytaxtı Budapeştdə “Biliklərə əsaslanan iqtisadiyyat vasitəsilə rəqabət qabiliyyətinin gücləndirilməsi” mövzusunda III Beynəlxalq Forum öz işinə başlamışdır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Macarıstan hökuməti, Dünya Bankı və Açıq Cəmiyyət İnstitutu tərəfindən təşkil edilmiş bu forumda respublikamızı Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının “Azərbaycanın İKT üzrə Milli Strategiyası və onun ilkin mərhələdə tətbiqi” birgə layihəsinin milli əlaqələndiricisi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin və BMT-nin İnkişaf Proqramının baş müşaviri Sultan Hacıyevin də daxil olduqları çoxsaylı nümayəndə heyəti təmsil edir.

Macarıstan, Albaniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Polşa və digər ölkələrin nümayəndələrinin də iştirak edəcəkləri forum çərçivəsində “Araşdırmalardan sənayeyə və bazar seqmentlərinə doğru”, “İnnovasiyaların maliyyələşdirilməsi”, “Ali təhsilin biliklərə əsaslanan iqtisadiyyatda rolu”, “Ənənəvi sənayedə innovasiyalar və yerli inkişaf” mövzularında dəyirmi masalar keçiriləcəkdir.

“Ali təhsilin biliklərə əsaslanan iqtisadiyyatda rolu” mövzusu üzrə dəyirmi masada M. Abbaszadə “Tələbə Qəbulu üzrə Dövlət Kommissiyasının Azərbaycan Respublikasının təhsil sistemində rolu” mövzusunda məruzə ilə çıxış edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.