İDMAN


AZƏRBAYCANIN OLİMPİADADA YELKƏNLİQAYIQ İDMANI NÖVÜNDƏ DƏ İŞTİRAK ETMƏK İMKANI VAR

Beynəlxalq Yelkənli Qayıq İdmanı Federasiyasının ABŞ-ın San-Diyeqo şəhərində keçirilmiş növbəti konqresində Azərbaycanın Yelkənli Qayıq İdmanı Federasiyasının beynəlxalq idman qurumuna üzv qəbul olunması barədə qərar qəbul edilmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanın Afinada keçiriləcək Olimpiya oyunlarında yelkənli qayıq idmanı növündə də iştirakı 10 gün ərzində müəyyənləşəcəkdir.

Belə bir qərar qəbul edilərsə, Azərbaycan olimpiyaçılarının mübarizə aparacaqları idman növlərinin sayı 13-ə çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.