Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCANIN OLİMPİYA ÇEMPİONLARI ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN XÜSUSİ OLİMPİYA TƏQAÜDLƏRİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısının artırılması məqsədi ilə qərara alıram: 

1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin hərəsi ayda iki milyon manat məbləğində xüsusi olimpiya təqaüdləri təsis edilsin. Xüsusi olimpiya təqaüdü Azərbaycan Respublikası Prezidentinin qərarı ilə müəyyən olunur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin