AZƏRBAYCANIN PENİTENSİAR SİSTEMİNDƏ İSLAHAT ATƏT-İN DİQQƏT MƏRKƏZİNDƏDİR
ATƏT Qafqaz regionunda, o cümlədən Azərbaycanda həbsxanalar sistemində islahatlara xüsusi diqqət yetirir, məhbusların məişət şəraitinin yaxşılaşdırılmasına dair illik proqramı həyata keçirir. Bu barədə AZƏRTAC-ın müxbirinə ATƏT-ın Bakıdakı nümayəndəliyində məlumat vermişlər.
Həmin proqram ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən maliyyələşdirilir və həbsxana işçiləri arasında təşviqat işi aparmaq yolu ilə cəzaçəkmə yerlərindəki şəxslərin şəraitini yaxşılaşdırmaq məqsədi güdür.
Proqramın iştirakçıları Avropa Şurası, Azərbaycan Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi, habelə qeyri-hökumət təşkilatlarıdır.
Axırda qeyd olunmuşdur ki, məhbusların həbsxanadakı şəraitinin dünya standartlarına çatdırılması Azərbaycanın vahid Avropa sisteminə inteqrasiyasını yüngülləşdirəcək və Bakının beynəlxalq mövqeyini möhkəmləndirəcəkdir.