İDMAN


AZƏRBAYCANIN QADIN FUTBOLÇULARI GÜRCÜSTANDA YOLDAŞLIQ GÖRÜŞLƏRİ KEÇİRƏCƏK

AZƏRTAC xəbər verir ki, Azərbaycanın 19 yaşlı qadınlardan ibarət yığma futbol komandası iyulun 16-da Gürcüstana yola düşəcəkdir.

Azərbaycan futbolçuları orada iyulun 18 və 20-də gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq görüşləri keçirəcəklər. İyulun 27-30-da onlar Latviyada “Baltika kuboku” beynəlxalq turnirində iştirak edəcəklər.

Sentyabrda isə Bakıda keçiriləcək Avropa çempionatının qrup seçmə mərhələsi çərçivəsində, Danimarka, Serbiya və Şimali İrlandiya futbolçuları ilə bir qrupda mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.