İDMAN


AZƏRBAYCANIN ŞAHMATÇILARI AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR

Azərbaycanın yığma şahmat komandası Türkiyənin Antalya şəhərinə yola düşmüşdür. Şahmatçılarımız mayın 14-30-da burada 5-ci Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışlarda ölkəmizi 7 idmançı təmsil edəcəkdir. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi tanınmış şahmatçılarımız da onların arasındadır.

25 ölkədən 82 şahmatçının iştirak edəcəyi çempionatın qalibi 8 min avro, ikinci və üçüncü yerləri tutanlar müvafiq olaraq 5 min və 4 min avro alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.