SİYASƏT


AZƏRBAYCANIN SANKT-PETERBURQDAKI BAŞ KONSULU LENİNQRAD VİLAYƏTİ HÖKUMƏTİNİN VİTSE-QUBERNATORU İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, yanvarın 19-da baş konsul Qüdsi Osmanov Leninqrad vilayəti hökumətinin vitse-qubernatoru Andrey Burlakov ilə görüşmüşdür.
Görüşdə Rusiya Federasiyasında əmək miqrantlarına dair yeni qanunu nəzərə alaraq, Azərbaycan vətəndaşları üçün böyük həcmdə kvotanın ayrılması məsələsi müzakirə olunmuşdur.
A.Burlakov Leninqrad vilayətində işçi qüvvəyə böyük tələbat olduğunu qeyd etmiş, bura Azərbaycan vətəndaşlarının cəlb olunmasını və işçi kvotanın genişləndirilməsinə dair işin aparılmasını xüsusi vurğulamışdır.
Baş konsulluq Azərbaycan Respublikası vətəndaşları üçün işçi kvotanın böyük həcmdə ayrılması istiqamətində işi davam etdirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.