SİYASƏT
AZƏRBAYCANIN SEÇKİ MƏCƏLLƏSİNİN LAYİHƏSİ STRASBURQDA MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fevralın 13-14-də Strasburqda - Avropa Şurasının iqamətgahında Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin, Prezidentin İcra Aparatının şöbə müdiri Şahin Əliyevin, Avropa Şurası Venetsiya Komissiyasının üzvü Georq Noltenin və ekspert Eugenio Polizzinin, komissiyanın katibi Canni Bukikkionun və katibliyin əməkdaşları Pyer Qarron və Qael-Mixalevin, habelə ATƏT-in Demokratik Təsisatlar və insan Hüquqları üzrə Bürosunun eksperti Rumen Maleyevin, əməkdaşları Nikolay Vulçanov və Nikolas Kaçorovskinin iştirakı ilə işçi görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası Seçki Məcəlləsinin layihəsinə dair ATƏT-in Demokratik Təsisatlar və insan Hüquqları üzrə Bürosunun və Venetsiya Komissiyasının birgə tövsiyələri müzakirə edilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris