Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

AZƏRBAYCANIN SÜRƏTLİ SOSİAL-İQTİSADİ İNKİŞAFI ZƏNGİLANLILARDA DOĞMA TORPAQLARINA TEZLİKLƏ QAYIDACAQLARINA DƏRİN İNAM DOĞURMUŞDUR

AZƏRTAC xəbər verir ki, aprelin 17-də Zəngilan Rayon İcra Hakimiyyətində idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, rayon fəallarının iştirakı ilə geniş şura yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 13-də Nazirlər Kabinetinin birinci rübün yekunlarına həsr olunmuş iclasındakı giriş və yekun nitqlərində qarşıya qoyulan vəzifələr müzakirə edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev məruzə ilə çıxış etmişdir.
Natiq qeyd etmişdir ki, dövlətimizin başçısının sədrliyi ilə keçən iclasda Prezident İlham Əliyev son illər ölkədə müşahidə edilən inkişafın cari ilin birinci rübündə də uğurla davam etdiyini, ümumi daxili məhsulun həcminin ötən üç ayda 40 faizə, sənaye məhsulu istehsalının isə 39 faizə yüksəldiyini diqqətə çatdırmışdır. Bu ildən ölkəmizdə minimum əmək haqqı 50 manat, təqaüdlər orta hesabla 70 manat olmuş, 55 min ailəyə ünvanlı sosial yardım təyin edilmiş, əhalinin pul gəlirləri 53 faiz artmışdır. Azərbaycanın valyuta ehtiyatları 4,1 milyard ABŞ dolları səviyyəsinə çatmışdır.
Prezident İlham Əliyevin proqram xarakterli nitqlərində göstərilmişdir ki, insanların həyat səviyyəsi günbəgün yaxşılaşır. Birinci rübdə orta aylıq əmək haqqı 163 manat, yəni 190 dollar təşkil etmişdir. İlin sonuna qədər bu rəqəm 200 dollardan çox olacaqdır.
Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb, ölkədə orta təbəqə formalaşır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. 2003-cü ilin oktyabr ayından indiyə qədər 535 min yeni iş yeri açılmışdır ki, bunların da böyük əksəriyyəti daimi iş yerləridir. Yeni iş yerlərinin 83 faizinin regionlarda açılmasını təqdirəlayiq hal kimi qiymətləndirən Prezident İlham Əliyev bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.
Dövlətimizin qaçqınlara və məcburi köçkünlərə göstərdiyi qayğıdan danışan V.Quliyev, işğal altındakı torpaqlarımızın ölkəmizin rəhbəri İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində tezliklə azad ediləcəyini, zəngilanlıların ata-baba torpaqlarına qayıdacaqlarını xüsusi vurğulamışdır. İcra başçısı daha bir xoş xəbəri yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, Portuqaliyada keçirilmiş kinq-boksinq üzrə Avropa çempionatında uğurla çıxış edən zəngilanlı idmançı Rasim Əhmədov final döyüşündə erməni rəqibi üzərində qələbə qazanaraq fəxri kürsünün 1-ci pilləsinə qalxmışdır. Biz işğalçı Ermənistan üzərində də qələbə çalacağıq.
Görülmüş işlərdən danışan məruzəçi bildirmişdir ki, ötən üç ayda 75 nəfər yeni iş yerləri ilə təmin edilmişdir. Təkcə 2007-ci ilin birinci rübündə rayon icra hakimiyyətinin təşkilatçılığı və yaxından köməyi ilə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində, H.Ələsgərov küçəsindəki uşaq bağçasında, Xətai rayonu ərazisindəki sanatoriyada və Sabunçu rayonunun Maştaga qəsəbəsindəki “Daş karxanası” adlanan ərazidə, Tibb Universitetinin 4 saylı yataqxanasında və s. ərazilərdə məskunlaşmış zəngilanlıların elektrik, qaz və su təchizatı ilə bağlı problemləri həll edilmişdir.
Rayon əhalinin sosial müdafiə mərkəzi ünvanlı sosial yardım haqqında qanunun icrası ilə bağlı məqsədyönlü iş aparmış, 133 nəfər zəngilanlıya ünvanlı sosial yardım təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, məşğulluq mərkəzi, habelə rayon vergilər şöbəsi ilin ilk rübünü uğurlu göstəricilərlə başa vurmuşlar. Həmin dövrdə rayon üzrə büdcə daxilolmalarına 151,9 faiz əməl edilmişdir, pensiya və müavinətlər əhaliyə vaxtında ödənilmişdir. Bir sıra ödənişlərin kart sistemi ilə verilməsi sahəsində hazırlıq işləri aparılmışdır.
Cari ilin birinci rübündə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması işinə diqqət daha da artırılmış, səyyar qəbulların və “açıq qapı” günlərinin keçirilməsi praktikasından geniş istifadə edilmişdir.
Rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən xeyriyyə fondundan 2007-ci ilin birinci rübündə şəhid ailələrinə, müharibə əlillərinə, xəstələrə, tənhalara, habelə yas mərasimlərinə 1400 manat nağd pul yardımı edilmişdir.
Məruzəçi xüsusi vurğulamışdır ki, hazırda Sabirabad, Saatlı və İmişli rayonlarında məskunlaşmış zəngilanlı məcburi köçkünlər üçün 161 ailəlik qəsəbənin tikintisində son tamamlama işləri görülür. Hər cür infrastruktura malik olacaq bu qəsəbə mayın sonlarında köçkünlərin istifadəsinə veriləcəkdir.
İcra başçısı demişdir ki, Azərbaycan Prezidentinin nitqlərindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər olunacaqdır.
Məruzə ətrafında müzakirələrdə Zəngilan şəhər ərazi icra nümayəndəsi Əşrəf Şükürov, rayon əhalinin sosial müdafiə mərkəzinin direktoru Həsən Ələkbərov, mərkəzi rayon xəstəxanasının baş həkimi Eldar Babayev, rayon vergilər şöbəsinin rəisi Vəzifə Əhmədova, rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov çıxış etmişlər.
Müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb