SİYASƏT
AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRİ AKADEMİYADA MÜHAZİRƏ OXUMUŞDUR
Mühazirədən əvvəl akademiyanın rektoru, professor Vladimir Luqovoy respublikamızın Baş naziri İlham Əliyevin ölkə Prezidenti seçilməsi münasibətilə Azərbaycan diplomatını təbrik etmişdir.
Səfir “Azərbaycan: dünən, bu gün, sabah” mövzusundakı mühazirəsində ölkənin siyasi, iqtisadi, sosial həyatından, prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsindən, Azərbaycanın GUÖAM ölkələri ilə tərəfdaşlığından ətraflı söhbət açmışdır.
O, Ermənistanın ölkəmizə təcavüzü və işğal olunmuş torpaqlardan didərgin salınmış 1 milyon qaçqının məşəqqətləri barədə geniş məlumat vermişdir.
Sonra səfir T.Əliyev Kiyevdə Prezident Heydər Əliyevin yubileyinə həsr olunmuş elmi-praktik konfransın materiallarından ibarət kitabı və konfransın videokasetini V. Luqovaya təqdim etmişdir.