SİYASƏT
AZƏRBAYCANIN VƏ RUSİYANIN QANUNVERİCİ ORQANLARI UĞURLA QARŞILIQLI FƏALİYYƏT GÖSTƏRİRLƏR
Elə həmin gün Azərbaycan nümayəndə heyətinin Dövlət Duması sədrinin birinci müavini Lyubov Sliska ilə görüşü olmuşdur. Görüşdə tərəflər parlamentlərarası əlaqələrin səviyyəsinin xüsusən son vaxtlar yüksək olduğunu vurğulamışlar. L.Sliska bildirmişdir ki, parlamentlərarası görüşlər müntəzəm xarakter daşımağa başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri dövlətlərarası münasibətlərin möhkəmlənməsinə və dərinləşməsinə böyük təkan vermişdir. Onun sözlərinə görə, Dövlət Dumasının sədri Boris Qrızlovun Azərbaycana ilk səfəri də parlamentlərarası əlaqələrin inkişafına müsbət təsir göstərmişdir. Dövlət Duması sədrinin birinci müavini çox məmnun olduğunu bildirmişdir ki, Azərbaycanda rusdilli əhalinin problemləri yoxdur, Rusiya telekanallarının verilişləri respublikada sərbəst yayımlanır, burada rus dili qorunub saxlanılır. O, yenidən yaradılmış və Moskvada özünün üçüncü iclasını keçirmiş parlamentlərarası komissiyanın fəaliyyətini də yüksək qiymətləndirmişdir. L.Sliska demişdir ki, dövlətlərimiz arasında münasibətlər çox yaxşı təşəkkül tapır və biz xalqlarımızın rifahı naminə əməkdaşlıq üçün bütün mövcud siyasi, iqtisadi, insani ehtiyat və imkanlardan istifadə etməliyik.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə dövlətlərarası münasibətlərimizin həqiqətən dinamik inkişaf etdiyini vurğulayaraq bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərindən sonra əlaqələr daha yüksək səviyyəyə qalxmışdır. Həmin səfər zamanı imzalanmış sazişlər əməkdaşlıq üçün geniş imkanlar açır və iki xalqın daha da yaxınlaşmasına, bütün səviyyələrdə qarşılıqlı fəaliyyətin inkişafına yönəldilmişdir.
A.Rəhimzadə L.Sliskaya Azərbaycana işgüzar görüşə gəlmək barədə rəsmi dəvət təqdim etmişdir.